Yaşlı kişilər, arxiv şəkli

Uzunömürlülüyün sirri daha sirr deyil

35
(Yenilənib 20:56 11.02.2019)
Qadınlar 20 yaşından etibarən öz çəkilərinə diqqət etməlidirlər

BAKI, 12 fevral — Sputnik. Sabit çəki uzunömürlüyə təsir edir. Hollandiya alimləri apardıqları araşdırma nəticəsində bu fikrə gəliblər.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, 60 yaşdan yuxarı 8 min şəxs arasında araşdırma aparılıb. Alimlər onların qidalanması və fiziki aktivliyini araşdırıblar.

Məlum olub ki, kişilərin cavan qalma sirri hərəkətli olmalarıdır. Qadınlar isə 20 yaşından etibarən öz çəkilərinə diqqət etməlidirlər. Bədən çəkilərini qoruyan qadınlar kök qadınlardan daha çox yaşayırlar.

Balanslaşdırılmış pəhriz və orta fiziki qüvvə sayəsində hormonal fon normallaşdırılır, ürək-damar sisteminin işlənməsi də yaxşılaşır.

35