Rusiya Aya insan göndərəcək - VAXT BƏLLİDİR

© Sputnik / Press-sluzhba Roskosmosa / Mediabanka keçidRusiyanın "Baykonur" kosmodromunda növbəti raket uçuşa hazırlanır
Rusiyanın Baykonur kosmodromunda növbəti raket uçuşa hazırlanır - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Aya insan göndərəcək

BAKI, 12 fevral — Sputnik. Rusiyanın "Roskosmos" Elm İnstitutu 2031-ci ildə Aya insanla ilk səfərini reallaşdıracağını açıqlayıb. Sputnik Azərbaycan-ın Rysiya mediasına istinadən xəbərinə görə, artıq bununla bağlı işlərə start verildiyi söylənilib.

Adıçəkilən akademiya burada bir sıra fəaliyyətləri reallaşdırmağı planladığını açıqlayıb. Bundan başqa, akademiya ikinci və üçüncü səfərlər haqda da məlumat verib. Bildirilib ki, 2032-ci il üçün nəzərdə tutulan ikinci səfərdə yerüstü vasitələrinin yoxlanışı, ondan bir il sonrakı səfərdə isə texniki avadanlıqların sınağı nəzərdə tutulur.

Qeyd edək ki, Aya göndəriləcək peykin ilk sınaq uçuşlarının isə 2028-2029-cu illərdə reallaşması nəzərdə tutulur.

Xəbər lenti
0