Rusiya Xarici İşlər Nazirliyinin binası

Moskva Venesuela ilə bağlı iddianı təkzib etdi

61
(Yenilənib 19:56 11.02.2019)
Venesuela hökuməti ilə əlaqələr işçi və ştat rejimində saxlanılır

BAKI, 11 fevral — Sputnik. Rusiya Venesuela rəhbərliyi ilə kontaktdadır, lakin onlar Moskvadan hərbi kömək istəməyiblər. Sputnik Azərbaycan Ruisya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Latın Amerikası üzrə departamentinin direktoru Aleksandr Şetinin bildirib.

Onun sözlərinə görə, Veneseula hökuməti ilə əlaqələr işçi və ştat rejimində saxlanılır. Şetenin eyni zamanda ABŞ-ın Venesuela Silahlı Qüvvələri ilə kontaktını ölkənin daxili işlərinə inanılmaz müdaxilə adlandırıb. O, vurğulayıb ki, söhbət hərbçilərin hazırkı prezidenti Nikolas Maduroya dəstəkdən imtina etməsi üçün müraciətdən gedir.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

61
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

14
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

14
Sputnik V vaksininin istehsalı, arxiv şəkli

Rusiya peyvəndi Türkiyədə istehsal olunacaq

15
(Yenilənib 22:59 23.01.2021)
Rusiyanın "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalanıb.

BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.

15