Məktəbli 2 nəfəri öldürüb, iki nəfəri yaralayıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidАвтомобиль скорой медицинской помощи.
Автомобиль скорой медицинской помощи. - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, hücumun qurbanı 53 yaşlı coğrafiya müəllimi olub.

BAKI, 11 fevral — Sputnik. Belarusun Minsk vilayətinin məktəblərindən birində məktəbli müəllim və şagirdi öldürüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Stolbs şəhərində 2 saylı məktəbdə baş verib.

Məlumata görə, 2003-cü il təvəllüdlü şagird müəllim və 3 şagirdə bıçaqla zərbə vurub. Hadisədən sonra məktəbli qaçsa da, hüquq mühafizə orqanları tərəfindən həbs edilib.

Hadisə zamanı xəsarət alan müəllim və şagirdlərdən biri dünyasını dəyişib. Digər xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Məlumata görə, hücumun qurbanı 53 yaşlı coğrafiya müəllimi olub.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbər lenti
0