Ukrayna HHQ-nin təlimləri

Ukrayna Hərbi Hava Qüvvələri Krım yaxınlığında təlimə hazır olduğunu açıqlayıb

82
(Yenilənib 17:43 09.02.2019)
Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna ordusunun 2019-cu ildə 4 dəfə təlim keçirəcəklərini bildirib

BAKI, 10 fevral — Sputnik. Ukraynanın Hərbi Hava Qüvvələri Krım yaxınlığında hava müdafiə sistemlərindən istifadə etməklə təlimə hazır olduğunu açıqlayıb.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna ordusunun 2019-cu ildə 4 dəfə təlim keçirəcəklərini bildirib. İlk təlim bu ay Krım yaxınlığında baş tutacaq. Bu təlimlərdə hava müdafiə sistemlərindən istifadə ediləcək.

Ötən günlərdə Ukrayna ordusu Azov dənizində döyüş təyyarələrindən, yeni nəsil raketlərdən istifadə etməklə təlim keçib.

82
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

72
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

72
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ