Evlənən cütlük 3 dəqiqə sonra boşandı

© pixabay / Raw PixelBoşanma, arxiv şəkli
Boşanma, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəy gəlini bayramlardan birində yıxıldığı üçün “axmaq” adlandırıb

BAKI, 9 fevral — Sputnik. Küveytdə gənc cütlük hər kəsi təəccübləndirməyi bacarıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük evlənəndən bir neçə dəqiqə sonra boşanıb. Boşanmaya səbəb bəyin uğursuz zarafatı olub.

Bəy təntənəli nikah zamanı yıxılan gəlini “axmaq” adlandırıb. Gəlin bu zarafatdan əsəbiləşib və elə oradaca boşanmağı tələb edib. Cütlük evləndikdən 3 dəqiqə sonra rəsmi olaraq boşanıb.

Bununla da onlar Küveytin tarixinə ən az ömürlü ailə kimi düşüblər.

Xəbər lenti
0