Real ağrını əks etdirən video yayılıb

© pixabay / whoismargotAğrı, arxiv şəkli
Ağrı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Videonun beyin üçün təhlükəli olduğu ehtimal edilir

BAKI, 9 fevral — Sputnik. Sosial şəbəkədə real ağrını əks etdirən video yayılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, video Reddit sosial şəbəkəsinin istifadəçisi Rapier4 tərəfindən paylaşılıb.

Şərhçilərdən biri videonun altında qeyd edib ki, "onun gözləri eyni zamanda çatlayır və itir", bir başqası isə videonu "şeytan" adlandırıb.

Digər bir istifadəçisi heç bir zaman hiss etmədiyi, ani başlayan baş ağrısından şikayətlənib. Başqaları isə videoya baxandan sonra ürək bulantısı və baş gicəllənməsi hiss etdiklərini deyiblər.

Videoda qara fonu kəsən xətt əks olunub. Videonun beyin üçün təhlükəli olduğu ehtimal edilir.

Video 24 saat ərzində 60 min bəyənmə yığıb və ona mindən çox şərh yazılıb.

 

Xəbər lenti
0