Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç

Putin eks-prezidentin mühafizəsinə dair sərəncam imzalayıb

110
(Yenilənib 17:23 08.02.2019)
Yanukoviç Moskvada mətbuat konfransında çıxış edərkən bildirib ki, son zamanlar ona sui-qəsdin hazırlanmasına dair məlumatlar daxil olur

BAKI, 8 fevral — Sputnik. Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiya dövlət mühafizəsindən istifadə edir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml rəsminin sözlərinə görə, Ukraynanın sabiq prezidentinə mühafizə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə təqdim olunub.

Peskov qeyd edib ki, müvafiq sərəncam Yanukoviç Rusiya ərazisinə daxil olduğu vaxt, yəni hələ də Ukrayna prezidenti olduğu vaxt imzalanıb.

Bu arada mətbuat katibi hansı strukturun Ukraynanın sabiq prezidentini qoruduğunu deməyə çətinlik çəkib.

Bu ilin fevralında Yanukoviç Moskvada mətbuat konfransında çıxış edərkən bildirib ki, son zamanlar ona sui-qəsdin hazırlanmasına dair məlumatlar daxil olur. O, əlavə edib ki, bu cür təhdidlər digər ukraynalı siyasətçilərin ünvanına gəlir.

110