Ağ Ev

Trampa verilən müddət bu gün başa çatır

97
(Yenilənib 12:55 08.02.2019)
ABŞ hökuməti Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa məsuliyyət daşıyıb-daşımadığını ortaya qoymalı idi

BAKI, 8 fevral — Sputnik. Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinin araşdırılması ilə bağlı ABŞ hökumətinə verilən 120 günlük müddət bu gün başa çatır. Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, ABŞ Senatı hökumətə 120 gün vaxt vermişdi. 

Belə ki, ABŞ hökuməti Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa məsuliyyət daşıyıb-daşımadığını ortaya qoymalı idi. Ona görə də bu məsələdə diqqətlər Ağ Evə yönəlib. Senat bu gün Ağ Evdən cavab gözləyir. 

Senat 2018-ci ilin oktyabrın 10-da ABŞ prezidenti Donald Trampa məktub göndərib. Məktubda tələb edilib ki, "Maqnitski Aktı" qanunu çərçivəsində Məhəmməd bin Salmanın Qaşıqçı cinayətində məsuliyyət daşıyıb-daşımadığı ortaya qoyulsun. Bunun üçün hökumətə 120 gün vaxt verilib.

ABŞ mediasında çıxan xəbərlərdə gözləntilər var ki, Ağ Ev Senata Salmanı məsuliyyətdən yayındıran bir cavab göndərəcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi 10 oktyabrda Trampa məktub göndərərək Qaşıqçının aqibəti haqqında "Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Akt"ı (Global Magnitsky Human Rights Accountability Act) çərçivəsində istintaq açılmasını tələb etmişdi.

Məktubda "Qlobal Maqnitski İnsan Haqları Cavabdehliyi Akt"ı çərçivəsində Qaşıqçı cinayətində rolu olan xarici şəxslərə qarşı sanksiya tətbiqi barədə qərar verilməsi tələb edilib.

Qeyd edək ki, Konqres həmin qanuna 2016-cı ildə dəyişikliklər edib. Belə ki, qanun ABŞ rəhbərliyinin dünyanın hər hansı ölkəsindəki insan haqları pozuntuları çərçivəsində müvafiq şəxs və qurumlara sanksiya qərarı almasına imkan tanıyacaq şəkildə genişləndirilib.

97
Teqlər:
Salah ibn Camal Qaşıqçı, səudiyyəli jurnalist Camal Qaşıqçı, Camal Qaşıqçı, Donald Tramp, ABŞ, Senat, Ağ Ev
Əlaqədar
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”
Camal Qaşıqçı olayına dair yeni iddia irəli sürüldü
BMT Camal Qaşıqçı olayı ilə bağlı çağırış etdi
ABŞ-dan açıq etiraf: "Camal Qaşıqçı Səudiyyə şahzadəsinin əmri ilə öldürülüb"