Camal Qaşıqçı

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artır

201
(Yenilənib 12:40 08.02.2019)
"Hadisələrin gedişatı bir daha göstərdi ki, Səudiyyə Ərəbistanı hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil"

BAKI, 8 fevral — Sputnik. Ötən ilin oktyabrında Türkiyənin İstanbuldakı Səudiyyə Ərəbəsitanının Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı olayı ilə bağlı rəsmi Anakara yenidən bəyanat yayıb.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bu haqda məlumat verib. 

O bildirib ki, ötən müddət ərzində Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanının şəffaflığı təmin etməməsi, yəni qatilin ekstradisiya edilməməsi bir daha Səudiyyə hökuməti haqda əks fikir formalaşdırdı.

"Hadisələrin gedişatı bir daha göstərdi ki, Səudiyyə Ərəbistanı bu məsələdə hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil" – deyə F.Altun əlavə edib.

Ərdoğan isə bildirib ki, bu olayla əlaqəli olaraq şəffaflığın təmin edilməməsi Səudiyyə Ərəbistanı hökumətinin özü üçün yaratmaq istədiyi inama zərbə vurub.

201
Teqlər:
Səudiyyə Ərəbistanı, Türkiyə, səudiyyəli jurnalist Camal Qaşıqçı, Camal Qaşıqçı
Əlaqədar
“Camal Qaşıqçı transmilli islamçı təşkilatın üzvü olub”
Camal Qaşıqçı olayına dair yeni iddia irəli sürüldü
ABŞ-dan açıq etiraf: "Camal Qaşıqçı Səudiyyə şahzadəsinin əmri ilə öldürülüb"
BMT Camal Qaşıqçı olayı ilə bağlı çağırış etdi