İstanbulda dağılan binanın görüntüləri

İstanbuldan pis xəbərlər gəldi 11 nəfər ölüb

94
(Yenilənib 00:24 08.02.2019)
İstanbul valisi Əli Yerlikaya ölənlərin sayının 10 nəfərə çatdığını bildirib

BAKI, 8 fevral – Sputnik. İstanbulda Qartal adlanan ərazidə səkkizmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı artır. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul valisi Əli Yerlikaya ölənlərin sayının 10 nəfərə çatdığını bildirib.

Az sonra daxili işlər naziri Süleyman Soylu daha 1 nəfərin cəsədinin tapıldığını və bununla da ölü sayının 11-ə yüksəldiyini qeyd edib. 

Qeyd edək ki, bundan əvvəl ölənlərin 3 nəfər olduğu bildirilirdi. Daha 13 nəfər yaralanmışdı. Ətraf mühit və şəhərsalma naziri Murad Kurum dağıntılar altında insan səsləri eşitdiklərini və onları xilas etmək üçün tədbirlər görüldüyünü bildirmişdi.

Xilsa edilənlərdən 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Olay yerində xilasetmə işləri davam edir.

94