Rusiya XİN binası

Rusiya ABŞ-a etiraz notası verdi Diplomatik qalmaqal yaşanır

69
(Yenilənib 21:47 07.02.2019)
Putin qeyd edib ki, Rusiya silahlanma yarışına başlamayacaq

BAKI, 8 fevral — Sputnik. Rusiya "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqaviləni yerinə yetirmədiyi haqqında ittihamları təkzib edərək ABŞ-a etiraz notası verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Rusiya XİN
© Sputnik / Natalya Seliverstova

Rusiya tərəfi altı ay ərzində "Yaxın və Orta mənzilli raketlərin ləğvi" müqaviləsində iştirakını dayandıracağını bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp fevralın 2-i bəyan edib ki, Vaşinqton Rusiya ilə "Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında" müqavilədən çıxma prosedurana başlayır. ABŞ Dövlət katibi Mayk Pompeo isə bəyan edib ki, əgər Rusiya 6 ay ərzində sazişə tam olaraq əməl etməyə başlamasa onda saziş ləğv olunacaq.

Rusiya prezidenti Vladimir Putin də öz növbəsində bəyan edib ki, Rusiya ABŞ-ın "Yaxın və Orta mənzilli raketlərin ləğvi"ndən çıxmaq qərarına adekvat cavab verəcək və o da sazişdə iştirakı dayandırır. Putin qeyd edib ki, Rusiya silahlanma yarışına başlamayacaq.

69