Ermənistanın sabiq prezidenti Robert Koçaryan

Apelyasiya məhkəməsi qərar verdi, Koçaryan yenə həbsdə qaldı

56
(Yenilənib 17:47 07.02.2019)
Koçaryanın özü də məhkəmə iclasında iştirak edib.

BAKI, 7 fevral — Sputnik. Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsə qalması barədə qərar qəbul edib. Sputnik Ermənistan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prokuror Vahan Muradyan bildirib.

"Məhkəmə qərar çıxardıb. O, müdafiə olunan tərəfin bütün tələblərini rədd edib. Koçaryan həbsdə qalmağa davam edəcək" - deyə Muradyan bildirib.

Onun sözlərinə görə, ittiham edən tərəf hesab edir ki, azadlıqda olan vaxt Koçaryan istintaqdan yayına bilər.

Muradyan, həmçinin, Koçaryanın məhkəmə iclasında iştirak etdiyini də bildirib.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən ilin dekabrın 7-də yenidən həbs olunub.

56