Sarqsyan müdafiə "ordusu" toplayır

Abunə olmaq
Yerli mətbuatın məlumatına görə, keçmiş prezident Xüsusi İstintaq Komitəsində 5 saat dindirilib

BAKI, 7 fevral — Sputnik. Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarqsyan vəkillər komandasını formalaşdırır. Bu barədə Sputnik Ermənistan "Qraparak" nəşrinə istinadən xəbər verir. 

Резиденция премьер-министра Армении - Sputnik Azərbaycan
Paşinyanın iqamətgahından oğurluq etdilər

Son günlər Sarqsyanın 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq işi çərçivəsində dindirilməsinə dair məlumatlar yayılıb. "Aykakan Jamanak" nəşri yazır ki, Sarqsyan Xüsusi İstintaq Komitəsində (XİK) 5 saat dindirilib.

"Qraparak" nəşri isə bu sorğunun ilk olmadığını qeyd edib: "Buna qədər o, bir neçə dəfə sorğu-sual edilib. Ötən gün də XİK-də olub".

Bu arada, XİK-dən xəbəri təsdiqləməyiblər. Bildiriblər ki, onlar bununla bağlı heç bir sualı cavablandırmayacaqlar.

"Qraparak"-ın məlumatına görə, Sarqsyan müdafiəsi üçün sabiq ədliyyə nazirləri David Arutyunyan və Arpine Ovannisyanın rəhbərliyi ilə professional vəkil komandası formalaşıb: "Bizdə olan məlumata görə, Sarqsyanın "qoruyucuları" ötən gün Ermənistan Respublikaçı Partiyasının binasında görüşüblər və orada xeyli müddət müzakirələr aparılıb".

David Arutyunyan özü vəkillər komandasının yaradılması barədə məlumatı təsdiqləməyib: "Xeyr, bu suala cavab verməyəcəyəm. Sarqsyanın sorğu-sual edilməsinə də dair məlumatı şərh etmirəm. Sizdə buna dair düzgün məlumat yoxdur".

Ermənistan Respublikaçı Partiyasının binasındakı görüşə gəldikdə isə, Arutyunyanın sözlərinə görə, müzakirələr tamam başqa mövzu ətrafında aparılıb.

Xəbər lenti
0