İstanbulda uçan bina icazəsiz tikilibmiş

© AP Photo / DHA via APİstanbulda 8 mərtəbəli bina çöküb
İstanbulda 8 mərtəbəli bina çöküb - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerində polis, yanğınsöndürmə və təcili yardım xidmətləri çalışır

BAKI, 6 fevral — Sputnik. İstanbulun Cevizli məhəlləsində 8 mərtəbəli bina uçub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, binada 12 ailə yaşayırmış.

İlkin məlumatlara görə, dağıntılar altında qalan iki nəfər dünyasını dəyişib.

Hadisə şahidlərinin sözlərinə görə, binada çökməmişdən öncə güclü partlayış səsi eşidilib.

Məlumata görə, dağıntılar altında çoxsayda yaralı var. Hadisə yerində polis, yanğınsöndürmə və təcili yardım xidmətləri çalışır.

İstanbul valisi Ali Yerlikaya isə 8 mərtəbəli binanın 3 mərtəbəsinin icazəsiz olaraq tikildiyini bildirib.

Xəbər lenti
0