ABŞ prezidenti Donald Tramp

Tramp amerikalıların yarıdan çoxunun "qara siyahı"sına düşüb

100
(Yenilənib 13:17 06.02.2019)
Bununla bağlı keçirilən sorğunun nəticələrini "Politico" nəşri yayımlayıb

BAKI, 6 fevral — Sputnik. Amerikalıların yarıdan çoxu 2020-ci ildə keçiriləcək seçkilərdə hazırkı prezident Donald Trampa səs verməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı keçirilən sorğunun nəticələrini "Politico" nəşri yayımlayıb.

Araşdırmaya əsasən, respondentlərin 52%-i digər namizədə bir səs verəcəyini deyib. Yalnız rəyi soruşulan 26% respondent Trampa qəti olaraq səs verəcəyini, daha 10% isə, ola bilsin, ona səsə verəcəyini bildirib. Amerikalıların 6%-i öz səsini ölkənin hazırkı prezidentinin rəqibinə verəcəyini qeyd edib.

Qeyd olunur ki, rəyi soruşulanların 56%-i Trampın fəaliyyətini dəstəkləmir, 44%-i ona qarşıdır, 41%-i Trampın fəaliyyətini dəstəkləyir, 23%-i isə onu qəti şəkildə dəstəkləyir.

100
Teqlər:
faiz, səs, sorğu, Donald Tramp, prezident, Amerika
Əlaqədar
Tramp divar tikintisinə dair danışıqları vaxt itkisi adlandırıb
Tramp planını açıqladı – Venesuelaya hərbi müdaxilə ola bilər
Tramp və Kim Çen Inın görüş tarixi və yeri bilindi