Eyfel qülləsinin yuxarıdan görünüşü, arxiv şəkli

Eyfel qülləsi bağlandı

35
(Yenilənib 20:17 05.02.2019)
Bütün Fransa tətil edir

BAKI, 6 fevral — Sputnik. Parisdə Eyfel qülləsi müvəqqəti olaraq ziyarətə bağlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkədə ümumxalq tətildir.

Qeyd edək ki, çərşənbə axşamı " Ümumi Əmək Konfederasiyası" bütün işçiləri ölkədəki "fövqəladə sosial vəziyyətlə" bağlı tətilə çağırıb.

Dəmiryolçuların federasiyası isə fevralın 4-ü axşamdan fevralın 6-sı səhərə qədər tətil elan edib.

Paris sürücülərinin də bu tətillərə qoşulacağı gözlənilir.

Bu vəziyyətin təkcə Parisdə deyil, Lion, Bordo, Marsel, Nant, Strasburq kimi digər böyük şəhərlərində də olacağı gözlənilir.

35