Türk polisi

Türk ordusu daxilindəki gizli şəbəkə çökdürülür

34
(Yenilənib 14:34 05.02.2019)
Əməliyyatın hədəfi Türk Silahlı Qüvvələri daxilinə sızmış şəbəkə üzvlərini zərərsizləşdirmək olub

BAKI, 5 fevral — Sputnik. Türkiyənin İzmir, Konya, Kocaeli və Bursa şəhərlərində FETÖ (Fətullahçı Terror Təşkilatı) şəbəkəsinə qarşı növbəti əməliyyat keçirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 50-dən çoxu hərbçi olmaqla, ümumilikdə, 132 nəfər tutulub.

Əməliyyatın hədəfi Türk Silahlı Qüvvələri daxilinə sızmış şəbəkə üzvlərini zərərsizləşdirmək olub. Saxlanılan hərbçilər arasında zabitlər, çavuşlar və sıravi əsgərlər var.

34
Teqlər:
əməliyyat, FETÖ, Türkiyə
Əlaqədar
Türkiyədə növbəti FETÖ çalxalanması gedir, xeyli sayda tutulanlar var
Türkiyədə FETÖ-çülərə qarşı yeni əməliyyat
Türkiyədə daha 103 nəfər FETÖ ittihamı ilə saxlanılıb
FETÖ-nun Azərbaycan üzrə məsul şəxsi Türkiyəyə təhvil verilib