Parisdə yanğın

Paris yanır, ölənlər yaralılar var

198
(Yenilənib 10:57 05.02.2019)
Yanğın bütün binanı bürüyüb

BAKI, 5 fevral — Sputnik. Fransanın paytaxtı Parisin mərkəzi ərazilərindən olan 16-cı Bölgədə çoxmərtəbəli binaların birində yanğın baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, yanğın zamanı 7 nəfər dünyasını dəyişib.

Parisdə yanan bina
B. Moser/Brigade des Sapeurs-Pompiers de Paris (BSPP) via REUTERS
Parisdə yanan bina

Sosial şəbəkə istifadəçiləri yanğının bütün binanı bürüdüyünü qeyd ediblər. Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür. Hadisə zamanı 28 nəfər yaralanıb.

198
Teqlər:
Yanğın, Paris, Fransa
Əlaqədar
Bakıda avtobusda yanğın oldu
Moskvada güclü yanğın: Ölənlər var
Xırdalanda güclü yanğın olub, ölən var
At, arxiv şəkli

Tarixi filmdə rol alan aktrisa atdan yıxıldı

12
(Yenilənib 23:29 02.12.2020)
Serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb. Təlimlər zamanı o atdan yıxılıb.

BAKI, 2 dekabr — Sputnik. Tanınmış türk aktrisası Esra Sönmezer "Kutay" adlı tarixi serialda çəkilməyə başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda "Aybike" obrazını canlandıracaq aktrisa, rolu üçün at minməyə və qılınc təlimi almağa başlayıb.

Lakin təlimlər zamanı atdan yıxılıb. Aktrisa ağır yaralanmadığı üçün Allaha şükür etdiyini və at minməyin çox çətin olduğunu dilə gətirib.

12
Çində neft tankeri, arxiv şəkli

Çin neft emalı sahəsində ABŞ-ı geridə qoydu: Bunun Rusiyaya faydası olacaqmı

10
(Yenilənib 22:35 02.12.2020)
Beynəlxalq Enerji Agentliyinin noyabr hesabatına əsasən, Çində gələn ilin sonunda iki yeni neft emalı zavodu fəaliyyətə başlayacaq. Ümumi emal gücü gündəlik 1,2 milyon barelə bərabər daha 4 zavodun tikilməsi də nəzərdə tutulub.

BAKI, 2 dekabr — Sputnik, İrina Badmayeva. Pekin benzin və dizel yanacağına gediş edərək neft emalı gücünü artırır. Gələn il Çin bu göstəricilərə görə ABŞ-ı ötəcək. Çox güman ki, amerikalılar ÜDM-də də çinliləri geridə qoyacaqlar. Lakin analitiklərin də qeyd etdiyi kimi, pandemiyanın ikinci dalğası buna mane ola bilər.

Lider dəyişikliyi

Çin Xalq Respublikasının (ÇXR) Dövlət Statistika Bürosunun məlumatına görə, oktyabr ayında ölkədə neft emalı 2,5 faiz artaraq tarixi rekord həddə – sutkalıq 14,09 milyon barelə çatıb. Halbuki ABŞ-da sentyabr ayında bu göstərici cəmi 13,5 milyon barelə bərabər olub.

Neft buruğu, arxiv şəkli
© REUTERS / Nick Oxford

Və çinlilər bununla da kifayətlənmək fikrində deyillər. Beynəlxalq Enerji Agentliyinin noyabr hesabatına əsasən, Çində gələn ilin sonunda iki yeni neft emalı zavodu fəaliyyətə başlayacaq. Halbuki bunun 2023-cü ildən tez baş verməyəcəyi gözlənilirdi. Ümumi emal gücü gündəlik 1,2 milyon barelə bərabər daha 4 zavodun tikilməsi də nəzərdə tutulub.

Çin artıq bir neçə on ildir ki, artan benzin və dizel yanacağı tələbatını ödəməyə cəhd göstərir. Deməli, göstərilən səylər boşa getməyib.

"2000-ci ildən bəri ölkə neft məhsulları istehsalını üç dəfə artırıb. 2025-ci ilə qədər neft emalı gündə 20 milyon barelə çatacaq", – deyə "TeleTrade" informasiya-analitika mərkəzinin baş iqtisadçısı Mark Qoyhman bildirib.

O, belə hesab edir ki, artıq 2021-ci ildən etibarən ABŞ keçən XIX əsrdən bəri bu sahədə qoruyub saxladığı liderliyini itirəcək.

Amerikada neft qiymətləri son bir ildə ən aşağı səviyyəyə düşüb. Məsələn, bu ilin mart ayının 18-də Brent markalı neft 15 faiz ucuzlaşaraq 2003-cü ildən bəri ilk dəfə bir bareli üçün 24,52 dollardan satılıb.

Dünyada yanacağa olan tələbat da aşağı düşüb. Bu səbəbdən də neft emalı rekord həddə – 1,7 milyon barelə kimi azalıb. Üstəlik, bunun böyük hissəsi Amerika neftayırma zavodlarının payına düşdü. Mark Qoyhmanın sözlərinə görə, həmin zavodlardan bəziləri bağlanır, yerdə qalanları isə hər il Meksika Körfəzi sahilləri boyunca baş verən qasırğalardan yararsız hala düşüb və onların bərpası böyük investisiya tələb edir.

Yaşıl enerji: kim udur, kim uduzur

"Alor Broker"in baş analitiki Aleksey Antonov belə hesab edir ki, Çinin uğur qazanmasının daha bir səbəbi bu ölkədə koronovirusa qarşı aparılan effektli mübarizədir. Onun sözlərinə görə, ÇXR-in iqtisadiyyatı bərpa olunur və sabitlik nümayiş etdirir, Avropa və ABŞ-da isə əksinə, geriləmə davam edir.

"Çinlilər yalnız neft emalı sahəsində deyil, həm də metallurgiyada liderlik edirlər. Birinci dərəcəli resursların həqiqi istehlak mərkəzi olan Çin indi daha yüksək əlavə dəyərli bir emal sənayesini inkişaf etdirir", – deyə Mark Qoyhman bildirir.

İqtisadçı qeyd edir ki, eyni tendensiyalar Hindistan və Orta Şərqdə də müşahidə olunur. Bu isə hətta Asiya bölgəsində, məsələn Sinqapurda belə Qərb şirkətlərinin bir sıra köhnəlmiş müəssisələrinin bağlanmasına gətirib çıxarır.

Bundan başqa, ABŞ və Avropa alternativ enerji mənbələrinin lehinə karbohidrogenlərdən tədricən imtina edir. Çinin isə belə sərt ekoloji öhdəlikləri yoxdur.

"ABŞ çirkli istehsal meydanı rolunu ÇXR-ə verərək yaşıl enerjiyə gediş edir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr bərpa olunan enerji mənbələrinə keçidi geri qalan dövlətlərin hesabına maliyyələşdirəcək və onları "ekoloji vergilər" ödəməyə məcbur edəcək. Ağ Ev rəhbərliyində bu işlə yeni prezidentin dövründə iqlim məsələləri üzrə xüsusi müşavir kimi çalışacaq məşhur siyasətçi Con Kerri məşğul olacaq", – deyə "Hamilton" investisiya şirkətinin eksperti Anton Qrinşteyn bildirir.

Dünyanın ən iri neft-qaz istehsalçılarından olan Rusiyaya gəlincə, Mark Qoyhman bu fikirdədir ki, ölkə 15-20 il ərzində itirilmiş neft gəlirlərini əvəzləmək üçün xəzinəni doldurmağın digər mənbələri barədə ciddi düşünməlidir. O, belə hesab edir ki, qısa müddətdə Çində neft məhsulları istehlakının artması fonunda bu istiqamətdə xammal ixracına yönəlmək lazımdır.

Pandemiya: Asiya ssenarisi

Bununla belə, hər şeyin bir sonu olduğu kimi ənənəvi enerji mənbələri də tükənməyə doğru gedir. Çox güman ki, 2025-ci ilə qədər ÇXR-də istehsal gücünün artması tələbi üstələyəcək. Çinin CNPC neft və qaz korporasiyasına görə, beş il ərzində ölkədə gündəlik 1,4 milyon barel neft məhsulu artıqlığı yarana bilər.

"İndi, ABŞ ilə gərgin münasibətlər şəraitində Çin neftçiləri xarici ticarətdəki məhdudiyyətlərin geri qayıtmasını və beləliklə, dövlətin nüfuzunun yüksəldilməsini istəyirlər", – deyə Aleksey Antonov bildirir.

Buna görə də, qarşıdakı üç-beş il ərzində yalnız neft emalı sahəsində deyil, həm də əsas iqtisadi göstərici sayılan – ÜDM-in həcmi baxımından da dünyada lider dəyişikliyinin baş verəcəyini gözləmək olar.

"Pandemiyaya qədər Amerika iqtisadiyyatına çatmaq üçün Çinə heç beş il də lazım gəlmədi. İndi koronovirusla daha təsirli mübarizə sayəsində çinlilər bir az da irəli gedə bilər", – deyə Anton Qrinşteyn qeyd edir.

Digər tərəfdən, Amerika öz mövqeyini əldən verməyə hazırdırmı? Ekspertin sözlərinə görə, ABŞ hakimiyyəti bu problemi iqtisadi və diplomatik yolla həll etməyə çalışsa da, işə yaramayıb. Və indi biznesmen-prezidenti siyasətçi-prezident əvəz edir.

Bundan başqa, Çində neft emalı məhsullarına olan tələbin kəskin artması epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədardır. Ancaq Asiya qitəsində də pandemiyanın ikinci dalğasının baş verəcəyi istisna olunmur. İndoneziya, Yaponiya və Cənubi Koreyada artıq yoluxma hallarının yenidən artması qeydə alınıb. Bu isə ABŞ və Çin arasındakı güc nisbətini kökündən dəyişdirə bilər.

10
Teqlər:
Alternativ enerji mənbələri, neft emalı zavodu, ABŞ, Çin, neft
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

0
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

0