Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ticarət mərkəzində partlayış olub, ölən var

© REUTERS / Fred GreavesKiller Joseph James Deangelo'ya aid evin qabağında dayanan polislər
Killer Joseph James Deangelo'ya aid evin qabağında dayanan polislər - Sputnik Azərbaycan
Abunə olmaq
Partlayışın təfərrüatı açıqlanmır

BAKI, 5 fevral - Sputnik. ABŞ-da ticarət mərkəzində partlayış olub.

"Report" xəbər verir ki, hadisə Albukerke şəhərində (Nyu-Meksika ştatı) "Coors and Central" ticarət mərkəzində baş verib.

Albukerke polisindən bildirilib ki, partlayış zamanı həlak olan var.

"Partlayış zamanı bir nəfər ölüb. Zərərçəkənlər barədə məlumat daxil olmayıb", - deyə şəhər polisinin "Twitter" səhifəsində bildirilir.

Polisdən həmçinin bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Partlayışın təfərrüatı açıqlanmır. 

Xəbər lenti
0