Ukrayna prezidenti Petr Poroşenko Avropa Şurasının məsul şəxsləri ilə, arxiv şəkli

Qərb Ukraynanı aldatdı, ölkə problemlərlə üzbəüz qalıb Sabiq nazir

56
(Yenilənib 18:06 04.02.2019)
2014-cü ildə Ukrayna iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Rəsmi Kiyev iqtisadi islahatlar keçirməyə cəhd edir.

BAKI, 4 fevral — Sputnik. Qərb Ukraynanı aldatdı, məhz buna görə indi ölkə öz problemləri ilə üzbəüz qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın sabiq nəqliyyat və rabitə naziri Yevqeniy Çervonenko "112 Ukrayna" nəşrinə müsahibəsində bildirib.

Siyasətçi, həmçinin rəsmi Kiyevin Avrasiya iqtisadi İttifaqına (Aİİ) inteqrasiya etməməsinə görə təəssüfləndiyini də bildirib.

"Bizi aldatdılar. Biz özümüzlə, öz problemlərimizlə baş –başa qalmışıq. Biz, şərqə Avrasiya İqtisadi ittifaqına getmədik. Bizi Avropa İttifaqı və NATO-ya buraxmırlar. Bizim yaxın vaxtlarda bu təşkilatlara üzv olmağımıza dair söhbətlər isə cəfəngiyatdır", - deyə sabiq nazir bildirib.

O, əlavə edib ki, qərb ölkələri Ukraynadan "Şərq üçün qıcıqlandırıcı" faktor kimi istifadə etməyəcək.

Qeyd edək ki, 2014-cü ildə Ukrayna iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Rəsmi Kiyev iqtisadi islahatlar keçirməyə cəhd edir, Beynəlxalq Valyuta Fondundan kredit götürür ki, bu da son nəticədə əhalinin rifahına təsir edir, ölkənin xarici borcu artır.

56