Venesuela prezidenti Nikolas Maduro

Maduro məktub yazaraq Roma Papasından kömək istədi

67
(Yenilənib 17:39 04.02.2019)
Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib

BAKI, 4 fevral — Sputnik. Venesuela prezidenti Nikolas Maduro Roma Papası Fransiskdən xahiş edərək ondan hökumət və müxalifət arasında "dialoqun sadələşdirilməsi"nə kömək etməsini istəyib. Bu barədə Sputnik Azərbaycan "Sky News"-a istinadən xəbər verir.

Məlumata əsasən, məktubunda Maduro bəyan edib ki, "İsanın işinə" xidmət edir. O, Roma Papasının müsbət cavab verəcəyinə ümid etdiyini dilə gətirib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Yanvarın 26-ı Almaniya, Fransa, İspaniya, daha sonra Böyük Britaniya və Niderland 8 gün ərzində Venesuelada yeni seçkilər keçirilməcəyi təqdirdə Quaydonu müvəqqəti prezident kimi tanıyacaqlarına söz verib.

67