BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi

Səfir: "Roma Papasının ölkəmizə səfəri tarixdə yeni səhifədir"

20
(Yenilənib 14:45 04.02.2019)
"Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik"

BAKI, 4 fevral — Sputnik. "Bu gün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Siqh və Buddist məbədlərinə ev sahibliyi edir". Sputnik Azərbaycan xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi deyib.

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə qəbul
© Sputnik / Eldar Tanryverdiyev

O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirlikləri başqalarına qarşı tolerantlığın, harmoniyanın, ehtiramın və qəbul etmənin bariz nümunəsidir: "Bu baxış İslam dinindən, nəcib ərəb adət-ənənələrindən və BƏƏ-nin banisi Şeyx Zayed irsindən qaynaqlanır. Müasir nəsil də bizim müdrik rəhbərliyin başçılığı altında bu dəyərlərin möhkəmləndirilməsində və onun davamlılığını dəstəkləyən tədbirlər yaratmaqda israrlıdır".

"Bu gün BƏƏ 200 müxtəlif milliyyətə, 40-dan çox kilsəyə, Siqh və Buddist məbədlərinə ev sahibliyi edir. O da qeyd edilməlidir ki, bizim hökumət bu yaxınlarda plüralizm və tolerantlığın BƏƏ modelini dəstəkləyən unikal qurum olan Tolerantlıq Nazirliyini təsis edib. BƏƏ yalnız öz ərazisində deyil, eləcə də qlobal şəkildə ibadət azadlığı və dinlərarası mübadiləyə tərəfdar çıxmaqdadır" - deyə səfir bildirib.

Əl-Qubeysi qeyd edib ki, bu günlərdə Roma Papası Fransiskin BƏƏ-yə səfəri ilə bütün dünyaya güclü bir mesajın şahidi oluruq: "Din nəcib məqsədlər güdür, necə ki, əsl həqiqi inanc heç zaman nifrət barəsində olmayıb. Roma Papası Fransisk BƏƏ-yə Əbu Dabi Vəliəhdi Zati-Aliləri Şeyx Mohammed bin Zayed Al-Nahyan tərəfindən dəvət edilib. Roma Papası BƏƏ-yə "çoxlarının fərqliliklər baxımından azad işləmək və yaşamaq üçün təhlükəsiz yer tapan fərqli sivilizasiya və mədəniyyətlər arasında birgə yaşama, insanlıq qardaşlığı və görüş yeri modeli olmağa çalışan torpaq" kimi ehtiram göstərib".

"Bu səfər, Roma Papasının qeyd etdiyi kimi, fərqliliklərimizə baxmayaraq, hamımızın qardaş olmasını təsdiqləyir. Bizim ölkəmizdə Roma Papası Fransiskin qardaş ölkə Azərbaycana etdiyi tarixi səfəri xatırlayırlar. Burada o, Azərbaycanın dini tolerant mühit yaratmasını və geniş şəkildə ekstremizmə yad cəmiyyətin yetişdirməsini yüksək dəyərləndirib. Bu faktları vurğulayaraq, bütün dünyada sülh şəraitində birgə yaşayış üçün dinlərarası dialoqun vacibliyinə əminliyimizi bir daha ifadə edirik" - səfir əlavə edib.

20
Teqlər:
ölkə, səfir, Azərbaycan, BƏƏ
Əlaqədar
BƏƏ-də yüksək seçici fəallığı müşahidə olunur
BƏƏ Azərbaycana 2,1 milyard pul yatırıb
BƏƏ vətəndaşı Azərbaycanın "qara siyahı"dan çıxarılıb
Goodbye ərəb — welcome ərəb: Bakıda BƏƏ-liləri səudiyyəli və küveytlilər əvəz edir