Yerevan Dövlət Universiteti

Erməni alimlər inqilabın meyvələrini dadırlar - Kütləvi ixtisar

83
(Yenilənib 14:35 04.02.2019)
"Bizim hamımız martın 31-də işdən azad olunacağımıza dair xəbərdarlıq almışıq"

BAKI, 4 fevral — Sputnik. Yerevan Dövlət Universitetinin (YDU) bir neçə yüz əməkdaşı işdən çıxarıldıqları haqqında xəbərdarlıq alıb. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın sabiq elm və təhsil nazirinin müavini, YDU-nun əməkdaşı Vaqram Mkrtçyan deyib.

"Alimlər inqilabın meyvəsini dadırlar. Hökumətin 27 dekabr 2018-ci il tarixli, 1515 № -li qərarına əsasən, YDU-nun 450 əməkdaşı işini itirəcək. Onlardan biri mənəm. Bizim hamımız martın 31-də işdən azad olunacağımıza dair xəbərdarlıq almışıq" - deyə Mkrtçyan bildirib.

Bu məlumatı YDU-nun mətbuat katibi Qevork Emin-Teryan da təsdiqləyib. Emin-Teryanın fikrincə, hökumətin qərarı universiteti öz laboratoriyalarında müstəqil elmi araşdırmalar aparmaq hüququndan məhrum edir.

"Bundan sonra bu, konkurs əsasında aparılmalıdır. Konkursu isə hökumət elm üzrə komitə vasitəsilə elan edəcək. Nəticədə bu proqramların artıq maliyyələşdirilməsi dayandırılıb. Ona görə də YDU-nun baza maliyyələşdirilməsi üzrə məvacib alan əməkdaşları əmək müqaviləsinin pozulması haqqında xəbərdarlıq alıblar" - deyə mətbuat katibi vurğulayıb.

O, əlavə edib ki, həmin elmi proqramlara 450 nəfər cəlb olunub: "Onlardan 200-ü laboratoriyalarda işləyir, qalanlarının isə universitetdə dərs saatı var. Faktiki olaraq, 450 nəfər gəlir mənbəyindən və elmlə məşğul olmaq imkanından məhrum olacaq. 200 nəfər isə ümumiyyət işini itirəcək".

83
Teqlər:
hökumət, əməkdaş, , universitet, alim
Əlaqədar
Ermənistan Rusiyadan yeni qırıcılar alıb
Ermənistanda siyasi məhbusun ölümü ilə bağlı bəyanat yayıldı
Erməni diplomatların "qara günləri" başladı
"Azərbaycan və Ermənistan xalqları sülhə hazır deyil"
BMT-nin bayrağı, arxiv şəkli

Dünya ailəsinə qəbul olunduğumuz gün

5
2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib.

BAKI, 2 mart - Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub. BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.

2011-ci il oktyabrın 24-də Azərbaycan 155 ölkənin dəstəyini qazanaraq 2 il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilib. Ölkəmiz bu müddətdə Şuraya iki dəfə sədrlik edib.

Hazırda BMT-nin 193 üzvü var. Təhlükəsizlik Şurası isə 5 daimi və 10 qeyri-daimi üzvdən ibarətdir.

5
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8