Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Rusiyada qətliam kimi qəza oldu, uşaqlar öldü

101
(Yenilənib 17:05 03.02.2019)
Olay zamanı avtobusda 48 nəfər, o cümlədən 33 uşaq olub

BAKI, 3 fevral — Sputnik. Rusiyanın Kaluqa vilayətində avtobus qəzası nəticəsində 7 nəfər ölüb, 32 nəfər yaralanıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ölənlərdən 4-ü uşaqadır.

Yaralananlardan 25 nəfəri xəstəxanaya yerləşdirilib. Onlardan 24 nəfəri uşaqdır. Daha 7 nəfərə yerindəcə yardım edilib.

Avtobusun sürücüsü həbs olunub, ona qarşı “Yol hərəkəti qaydalarını pozma, ehtiyatsızlıqdan 2 və daha çox adamın ölümünə səbəb olma” maddəsi ilə cinayət işi  başlanılıb.

Qeyd edək ki, qəza bu gün səhər saatlarında baş verib. Olay zamanı avtobusda 48 nəfər, o cümlədən 33 uşaq olub. Uşaqlar müsabiqədə iştirak etmək üçün filarmoniyaya gedirmişlər. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxıb və aşıb.

101