Aeroport, arxiv şəkli

Futbol stadionu boyda nəhəng təyyarənin uçuş tarixi bəlli oldu - FOTO

158
(Yenilənib 20:31 14.01.2019)
Raketləri səmaya qaldıracaq təyyarə gələn ay ilk uçuşunu reallaşdıracaq

BAKI, 3 fevral — Sputnik. Dünyanın ən böyük təyyarəsinin uçuş tarixi bəlli olub.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ümumi ölçüsü ilə futbol stadionundan daha böyük olan təyyarə fevralda ilk uçuşunu reallaşdıracaq. "Stratolaunch" adlanan təyyarənin eni 117 metrdir. Kosmosa göndəriləcək raketləri atmosferin üst qatlarına daşıyacaq təyyarə bir sıra özəllikləri ilə də diqqət çəkib.

  • Stratolaunch - Dünyanın ən böyük təyyarəsi
    "Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi
  • Stratolaunch - Dünyanın ən böyük təyyarəsi
    "Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi
  • Stratolaunch - Dünyanın ən böyük təyyarəsi
    "Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi
  • Stratolaunch - Dünyanın ən böyük təyyarəsi
    "Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi
  • Stratolaunch - Dünyanın ən böyük təyyarəsi
    "Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi
1 / 5
"Stratolaunch" - Dünyanın ən böyük təyyarəsi

Belə ki, 226 ton ağırlığında olan təyyarə 250 tonluq yük daşıma qabiliyyətinə malikdir. Təyyarənin digər özəlliyi isə 28 təkərdən ibarət olmasındadır.

158
Koronavirus

Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib

14
(Yenilənib 18:29 11.07.2020)
Tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

BAKI, 11 iyul — Sputnik. Köln Universitet Klinikasından və Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzindən olan bir qrup alim koronavirusu neytrallaşdırmaq ehtimalı yüksək olan 28 anticismi aşkar ediblər.

Bu barədə Sputnik Azərbaycan Almaniyanın İnfeksiya Tədqiqatları Mərkəzinə istinadən xəbər verir.

"Biz orqanizmin infeksiyaya qarşı immun cavabını daha ətraflı öyrənməyi və bununla yanaşı COVID-19-un müalicəsində istifadə oluna biləcək anticisimləri tapmağı planlaşdırırdıq", - layihənin rəhbəri Florian Klayn bildirib.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tərəfindən aşkar edilmiş anticisimlər patogenin proteininə birləşir və virusun sağlam hüceyrələrə daxil olmasına mane olur.

Alimlər anticisimlərin xüsusiyyətlərini "Boehringer Ingelheim" əczaçılıq şirkəti ilə birlikdə öyrənməyə davam edirlər. Klinik tədqiqatların bu il başlaya biləcəyi ehtimal olunur. Mütəxəssislər inanırlar ki, virusu neytrallaşdıran anticisimlər bir neçə həftə fəal olur və bu dövrdə insanı xəstəlikdən qoruya bilər.

14
Mövzu:
Dünyanı cənginə almış bəla
Maksim Fadeyev və Emin Ağalarov, arxiv şəkli

Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib

12
(Yenilənib 17:32 11.07.2020)
Azərbaycanın xalq artisti yeni kompozisiyanı təqdim edib və onun pərəstişkarların ürəyincə olacağına əmindir.

BAKI, 11 iyul — Sputnik, Kəmalə Əliyeva. Rusiyalı bəstəkar, müğənni və prodüser Maksim Fadeyev Azərbaycanın xalq artisti Emin Ağalarov üçün mahnı yazıb. Mahnının adı qeyri-adidir – "MMM".

Bu barədə Ağalarov "Instagram" səhifəsində məlumat verib və ümidvar olduğunu bildirib ki, kompozisiya onun pərəstişkarlarının xoşuna gələcək.

"Mahnımızın çoxdan gözlənilən relizi. Maksim, mənim üçün etdiyin hər şeyə görə sənə təşəkkür etməkdən yorulmayacağam. Bu cür ruh və emosiyalar ilə. Və bu da sənin növbəti şah əsərindir. Çox sağ ol, müəllimim", - Ağalarov yazıb.

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq" kimi mahnıların müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

12

Əli Əsədov banklarla bağlı Konstitusiya Məhkəməsinə üz tutdu

0
(Yenilənib 19:28 11.07.2020)
Konstitusiya Məhkəməsinə ünvanlanan sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır. 

BAKI, 11 iyul – Sputnik. Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərdi

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilib və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.

Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır. 

Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilir.

0