Səmada meteorit partladı – VİDEO

© AFP 2023 / Patrick Hertzog Meteorit yağışı, arxiv şəkli
Meteorit yağışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yerli əhali partlayış zamanı evlərinin titrədiyini hiss edib

BAKI, 2 fevral — Sputnik. Kubanın Pınar-del-Rio əyalətinin səmalarında güclü partlayış olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, havada partlayış meteorit partlayışı olub. Hadisə şahidləri baş verənləri videoya çəkiblər və sosial şəbəkələrdə paylaşıblar.

Şahidlərin sözlərinə görə, göydə bulud topası görüblər. Yerli əhali partlayış zamanı evlərinin titrədiyini hiss edib. Daha sonra həmin ərazidə mənşəyi məlum olmayan daşlar aşkar edilib.

Xəbər lenti
0