Kalibr raketinin nişana doğru uçuşu

Rusiya ABŞ-a sərt cavab verdi Silah yarışması başlayır

9263
(Yenilənib 14:27 02.02.2019)
Putin xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiyanın adekvat cavab verəcəyini bəyan edib

BAKI, 2 fevral — Sputnik. Rusiya Kiçik və Orta Mənzilli raketlərin ləğvinə dair Müqavilədə fəaliyyətini dayandırır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Kremlin saytında verilən məlumata görə, belə bir bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

Putin xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşdə Rusiyanın adekvat cavab verəcəyini bəyan edib: “Amerikalı tərəfdaşlarımız müqavilədə iştiraklarını dayandırdıqlarını bəyan ediblər. Biz də iştirakımızı dayandırırıq”.

O, əlavə edib ki, rəsmi Vaşinqton elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə məşğul olduqlarını açıqlayıb: “Biz də eyni fəaliyyətlə məşğul olacağıq”.

Putin həmçinin, ABŞ-la silahların ləğvi ilə bağlı danışıq təşəbbüsü ilə çıxış etməməyi tələb edib: “Bizim üçün, tərəfdaşlarımız üçün, bütün dünya üçün vacib olan danışıqlarla bağlı tərəfdaşlarımızın bizimlə bərabər hüquqlu, məzmunlu danışıq aparmağa yetişməsini gözləyək”.

Xatırladaq ki, ABŞ fevralın 2-də müqavilədə iştirakını dayandırıb. Amerika tərəfi iddia edir ki, buna Rusiyanın müqavilənin şərtlərini sistematik olaraq pozması səbəb olub. Vaşinqton ABŞ-ın şərtlərə əməl etdiyini bildirir. Prezident Donald Tramp bildirib ki, Rusiya şərtləri yerinə yetirməyə başlamasa, müqavilədən çıxmaq 6 aya başa çatacaq. O, silahlara nəzarətlə bağlı Rusiya ilə yeni müqavilə bağlamaq istəyir.

Kiçik və Orta Mənzilli raketlərin ləğvinə dair Müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə uzaqlığı qədər yerüstü ballistik raket və qanadlı raket əldə etməyə icazə vermir. Moskva və Vaşinqton mütəmadi olaraq bir-birini müqavilənin şərtlərini pozmaqda ittiham edir.

9263