Meşə yanğını, arxiv şəkli

Türkiyədə qışda meşə yanğınları başlayıb

25
(Yenilənib 13:04 02.02.2019)
Trabzondan Osmaniyəyə, Adanadan Giresə qədər 4 fərqli şəhərdə yanğınlar baş verib

BAKI, 2 fevral — Sputnik.  Havaların soyuq olmasına baxmayaraq Türkiyədə meşə yanğınları başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin 6 müxtəlif yerdə meşə yanğın  baş verib. Belə ki, yanvar ayı boyunca 6 dəfə meşə yanğını olub. Yanğınların böyük hissəsi həmin gün söndürülüb və yanğının qarşısı alınıb.

İlk meşə yanğını 1 yanvar 2019-cu ildə Antalyanın Qızılı kəndində baş verib. Daha sonra Trabzondan Osmaniyəyə, Adanadan Giresə qədər 4 fərqli şəhərdə yanğınlar baş verib.

25