Venesuela müxalifətinin lideri Xuan Quaydo

Quaydo ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini istisna etməyib

27
(Yenilənib 21:17 01.02.2019)
ABŞ-dan hər hansı bir hərbi kömək istəmək barədə suala cavab olaraq Quaydo qeyd edib ki, Venesuela sakinləri ölkə prezidenti Nikolas Maduroya "istənilən mümkün təzyiqin" göstərilməsini istəyərdi

BAKI, 2 fevral — Sputnik. Venesuela müxalifətinin lideri Xuan Quaydo "CNN" telekanalına müsahibəsində Birləşmiş Ştatların Venesuelaya müdaxiləsini istəmədiyini bildirib, lakin belə bir ssenarinin ola biləcəyini istisna etməyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

ABŞ-dan hər hansı bir hərbi kömək istəmək barədə suala cavab olaraq Quaydo qeyd edib ki, Venesuela sakinləri ölkə prezidenti Nikolas Maduroya "istənilən mümkün təzyiqin" göstərilməsini istəyərdi.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

27