Paşinyanın iqamətgahı

Paşinyanın iqamətgahından oğurluq etdilər

87
(Yenilənib 11:22 01.02.2019)
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, hadisə 25-30 yanvar tarixlərində baş verib

BAKI, 1 fevral — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub. Sputnik Ermənistan xəbər verir ki, naməlum şəxslər iqamətgahın üçüncü mərtəbəsində yerləşən foyedən 4 xatirə medalı oğurlayıblar.

Ermənistan hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, oğurluq 25-30 yanvar tarixlərində baş verib.

Qeyd edək ki, daha əvvəl bina prezident iqamətgahı kimi ziyarət üçün qapalı olub. Lakin 2018-ci ilin payızından istənilən şəxs iqamətgahın yaxınlığında yerləşən bağda gəzə bilər.

87
Teqlər:
oğurluq, iqamətgah, baş nazir, Ermənistan
Əlaqədar
Ermənistan tərəfi xahiş etdi, Medvedyev Paşinyanla görüşdü
Paşinyan soyğunçuluq siyasətini davam etdirəcək
Nikol Paşinyan İlham Əliyevin "tələ"sinə düşdü – Ermənistanda acı etiraf
Azərbaycan XİN Nikol Paşinyana cavab verib