Təhlükə nişanı

Bəşəriyyət üçün əsas təhlükələr açıqlandı

2079
(Yenilənib 21:15 29.01.2019)
Mütəxəssislərin fikrincə, bu üç problemi birləşdirərək mübarizə metodlarını tapmaq lazımdır

BAKI, 1 fevral — Sputnik. Beynəlxalq araşdrımaçılar qrupu bəşəriyyət üçün əsas olan təhlükələri müəyyən edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bura piylənmə, aclıq və iqlim dəyişikliyi daxildir.

Eyni zamanda bu problemlər bir-biri ilə əlaqəlidir və qlobal şəkildə yayılıb.

Araşdırmaçıların fikrincə, piylənməyə və aclığa ərzaq sisteminin və siyasətinin yalnız iqtisadi inkişafa yönəlməsi və sağlamlığa zərərli təsirləri nəzərə almamasıdır.

İqlim dəyişikliklərinə əkinçilik sənayesi, qida istehsalı, nəqliyyat, faydalı qazıntlıar-mədənçilik və ekosistemə laqeydlik faktorları səbəb olur.

Mütəxəssislərin fikrincə, bu üç problemi birləşdirərək mübarizə metodlarını tapmaq lazımdır.

Tədqiqatın müəllifləri korporasiyaların təsirini məhdudlaşdıran qlobal bir müqavilənin bağlanmasını, eləcə də siyasi fəaliyyət tələb edən sosial hərəkatların dəstəklənməsi üçün fondun yaranmasının tərəfdarıdır.

2079