Xuan Quaydo

Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın rəhbəri kimi tanıyıb

19
(Yenilənib 17:10 31.01.2019)
Avropa Parlamenti Avropa İttifaqının diplomatik xidmətlərini və iştirakçı ölkələri analoji qərarı qəbul etməyə çağırıb

BAKI, 31 yanvar — Sputnik. Avropa Parlamenti, özünü müvəqqəti olaraq Venesuelanın dövlət başçısı elan edən müxalifət lideri Xuan Quaydonu bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, sənədin lehinə 439, əleyhinə isə 104-ü səs verilib, 88 nəfər neytral qalıb.

"Avropa Parlamenti bunu elan edən ilk Avropa İnstitutu oldu", - deyə spiker Antonio Tayani bildirib.

Avropa Parlamenti Avropa İttifaqının diplomatik xidmətlərini və iştirakçı ölkələri analoji qərar qəbul etməyə çağırıb.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

19