Bütün ABŞ həmin canini axtarır – Videonu görənlər dəhşətə gəlir

© pixabay / PavlofoxYumruq, arxiv şəkli
Yumruq, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-da küçədə iki qadını döyərək yerə çırpan şəxs axtarışdadır

BAKI, 31 yanvar — Sputnik. ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində küçədə hamının gözü qarşısında inanılmaz olay baş verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 6 dollarlıq yemək üçün iki qadınla naməlum kişi arasında mübahisə yaranıb. Daha sonra isə yaranan mübahisə davaya çevrilib. Naməlum kişi həmin qadınlara bir neçə yumruq vuraraq onları ağır yaralayıb. Bundan sonra qaçaraq hadisə yerindən ayrılan şəxslə bağlı polisə şahidlər məlumat verib.

Təxminən 30 yaşında olduğu iddia edilən şəxsin axtarışları isə davam edir.

Xəbər lenti
0