YPG terrorçuları

Almaniya Türkiyəni terrorçulara dəyişir

25
(Yenilənib 15:03 30.01.2019)
"Türkiyəyə silah və hərbi texnika satmaqla bağlı müraciətlər dövlətin təhlükəsizlik maraqları nəzərə alınaraq araşdırılır"

BAKI, 30 yanvar — Sputnik. "Almaniya hökuməti alman şirkətlərinin Türkiyəyə silah və hərbi texnika satmaqla bağlı müraciətlərini tək-tək və dövlətin təhlükəsizlik maraqlarını nəzərə alaraq araşdırır". 

Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu məsələdə PKK-nın Suriya qanadı olan YPG terrorçularına qarşı və ya regional münaqişələrdə alman silahlarından istifadə edilməsi riski nəzərə alınır.

Digər tərəfdən, Merkel hökuməti Türkiyəyə YPG terrorçularına qarşı hərbi əməliyyat keçirməmək barədə xəbərdarlıq etdiklərini bəyan edib.

Qeyd edək ki, Almaniya bir müddət əvvəl Türkiyəyə Suriyada əməliyyat aparmamaq çağırışı etmişdi.

 

25
Əlaqədar
"Kürdüstan" olmayacaq: Rusiya, Almaniya və Fransa Türkiyə ilə həmrəydir
Artıq alman kəşfiyyatının ikinci şəxsi türkdür
Almaniyadan Türkiyəyə qarşı düşmən addım