ABŞ ordusu

ABŞ Maduronu devirmək üçün 5 min hərbçi göndərir?

53
(Yenilənib 10:46 29.01.2019)
"Kolumbiyaya 5 min hərbçi", - deyə Boltonun kitabçasında qeyd olunub

BAKI, 29 yanvar — Sputnik. Jurnalistlər Birləşmiş Ştatlar prezidentinin prezidenti Donald Trampın kitabçasında 5 min hərbçinin Kolumbiyaya göndərilməsinə dair qeyd görüblər. Bu barədə Sputnik Azərbaycan "USA Today"-a istinadən xəbər verir. 

Məlumata əsasən, bu, Ağ Evdə Venesueladakı vəziyyətə dair keçirilən brifinqdə baş verib.

"Kolumbiyaya 5 min hərbçi", - deyə Boltonun kitabçasında qeyd olunub.

Vurğulanır ki, bu insident ABŞ-ın Venesuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı xeyli suallar doğurub.

Xatırladaq ki, noyabrın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

53
Teqlər:
Con Bolton, Kolumbiya, Ağ Ev, ordu, Nikolas Maduro, ABŞ
Əlaqədar
Ac qalan Venesuela əhalisinin Kolumbiyaya qaçışı - VİDEO
“Venesuela hadisələri neft və qızıl bazarına da təsir edəcək”
Fransa Venesuela hadisələri ilə bağlı mövqeyini açıqladı
Rusiyadan ABŞ-a kəskin Venesuela xəbərdarlığı: Fəlakət ssenarisi olacaq