Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili

Saakaşvili hakimiyyəti hədələdi Gələrəm!

31
(Yenilənib 21:14 28.01.2019)
O, Gürcüstan hakimiyyətini "dəlixanada həkimləri otaqlarda bağlı saxlayan dəlilərlə" müqayisə edib

BAKI, 29 yanvar — Sputnik. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəyə geri qayıtmağa və orada hakimiyyəti dəyişməyə söz verib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu o "Rustavi 2" telekanalının efirində bildirib.

Saakaşvilinin sözlərinə görə, o, vətənə "Gürcüstanın aktiv hissəsi və müxalifət" ona 72 saat ərzində ölkədə azad hərəkət etməyi təmin edə biləcəyinə əmin olduqda qayıdacaq.

Gürcüstanın sabiq lideri, həmçinin Gürcüstanın hakim partiyasının əsasını qoyan Bidzina İvanaşvili ilə mübarizəsindən də danışıb. O, Gürcüstan hakimiyyətini "dəlixanada həkimləri otaqlarda bağlı saxlayan dəlilərlə" müqayisə edib və vurğulayıb ki, onları "faciə, zorakılıq və qurbanlar" olmadan neytrallaşdırmaq lazımdır.

31