ABŞ prezidenti Donald Tramp

Tramp: "21 gündən sonra şənlik davam edəcək"

39
(Yenilənib 14:51 26.01.2019)
Trampın razılığından sonra Konqres dərhal tələb olunan büdcə layihələrini qəbul edib

BAKI, 26 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp fevralın 15-ə qədər müddəti olan müvəqqəti büdcəni imzalayaraq tarixdə ən çox davam edən "şatdaun"u bitirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib.

Ehtimala görə, yaxın 3 həftə ərzində daha uzun müddətli bir büdcənin müzakirəsi aparılacaq.

Tramp, ilk dəfədir ki, 35 gün davam edən şatdaunda demokratlarla qarşıdurmada geri çəkilib. Daha əvvəl o Meksika ilə sərhəddə divarın tikilməsi üçün vəsait ayrılmayana qədər büdcəni təsdiq etməkdən imtina etmişdi. Demokratlar isə bu vəsaiti ayırmaqdan imtina edirdi.

Trampın razılğından sonra Konqres dərhal tələb olunan büdcə layihələrini qəbul edib.

Xatırladaq ki, şatdaun "dayandırmaq", "söndürmək", "bağlamaq" deməkdir. Trampın hakimiyyəti dövründə baş verən bu üçüncü şatdaundur.

Preizndetin Twitter-dəki açıqlamasına görə isə bu güzəşt deyil, millyonlarla insanın qayğısına qalmaqdır: "21 gündən sonra razılıq əldə edilməsə, şənlik yenidən başlayacaq".

39