Sel suları, arxiv şəkli

Bənd dağıldı: Xeyli ölən yüzlərlə itkin düşən var

41
(Yenilənib 03:56 26.01.2019)
Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun 300 əməkdaşı hadisə yerində işləyirmiş

BAKI, 26 yanvar - Sputnik. Braziliyada bəndin uçması nəticəsində onlarla insan həlak olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bəndin uçması nəticəsində yüzlərlə insan itkin düşüb.

Brumadinyu bələdiyyəsinin rəhbəri Avimar di Mel Barselosaya istinadən yayılan xəbərdə qeyd edilir ki, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində azı 50 nəfər həlak olub.

Eyni zamanda Minas-Jerays ştatının qubernatoru Romeu Zema "Globo" telekanalına bildirib ki, 7 nəfərin cəsədi aşkarlanıb.

Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun 300 əməkdaşı hadisə yerində işləyirmiş. Onların 100-nün olduğu yer müəyyənləşdirilib, digərlərinin taleyi hələ məlum deyil.

Daha əvvəl bəndin uçması nəticəsində 200 nəfərin itkin düşdüyü bildirilirdi.

41