Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Venesuelada vasitəçi ola bilər

© Sputnik / Stringer / Mediabanka keçidVenesuelanın prezidenti N.Maduro Ali Məhkəmədə çıxış edib
Venesuelanın prezidenti N.Maduro Ali Məhkəmədə çıxış edib - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya məsuliyyətli yanaşma göstərən bütün siyasi güclərlə əməkdaşlığa hazırdır

BAKI, 26 yanvar — Sputnik. Rusiya lazım olduqda Venesuela rəhbərliyi və müxalifət arasında münasibətlərin qurulmasında vasitəçi ola bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya XİN-in Latın Amerikası departamentinin direktoru Aleksandr Şetenin bildirib.

Заместитель министра иностранных дел РФ Сергей Рябков - Sputnik Azərbaycan
RUSİYA
Rusiyadan ABŞ-a kəskin Venesuela xəbərdarlığı: Fəlakət ssenarisi olacaq

"Biz bildirdik ki, əgər bizim səylərimizə ehtiyac varsa, biz bu səyləri göstərməyə hazırıq. Bizim bununla bağlı problemimiz yoxdur" - deyə Şetinin vurğulayıb.

Diplomat, həmçinin xatırladıb ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan edib ki, Rusiya məsuliyyətli yanaşma göstərən bütün siyasi güclərlə əməkdaşlığa hazırdır.

Xatırladaq ki, noyabrın 24-ü Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Xəbər lenti
0