Nazir xəbərdarlıq etdi: yenə qasırğa olacaq

© pixabay / Roberto BarresiGüclü külək, sahilə çırpılan dalğalar
Güclü külək, sahilə çırpılan dalğalar - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən Antalyada baş verən qasırğa zamanı iki nəfər dünyasını dəyişib

BAKI, 25 yanvar — Sputnik. Dünən Antalyada baş verən fırtına Kumlucada böyük fəlakətə səbəb olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, qasırğa zamanı Kəmər Dövlət Xəstəxanasına zərər dəyib.

Kumlucanın Kum Məhəlləsində Cam Kırğı ərazisində isə qasırğa yüzlərlə istixananın dağılmasına səbəb olub. Fərdi evlərin damları uçub. Qasırğa kənd-təsərrüfatına böyük zərər vurub.

© sozcuAntalyada baş verən fırtınanın Kumlucada fəsadları
Nazir xəbərdarlıq etdi: yenə qasırğa olacaq - Sputnik Azərbaycan
Antalyada baş verən fırtınanın Kumlucada fəsadları

Qeyd edək ki, dünən Antalyada baş verən qasırğa zamanı iki nəfər dünyasını dəyişib.

Kənd Təsərrüfatı və Meşə naziri Bəkir Pakdemirli açıqlamasında bildirib ki, bu gün yenə gecə saatlarında sürəti saniyədə 100 km. olan külək olacaq: "Sabah günortadan sonra bu vəziyyətin təkrarlanacağı gözlənilir. Buna görə də vətəndaşların diqqətli olması lazımdır".

Nazir həmçinin qeyd edib ki, qasırğa zamanı zərər görən istixanalarda araşdırmalar aparılıb. Onun sözlərinə görə, Kumluca və Finike rayonlarında 5 min hektar əraziyə zərər dəyib.

© sozcuAntalyada baş verən fırtınanın Kumlucada fəsadları
Nazir xəbərdarlıq etdi: yenə qasırğa olacaq - Sputnik Azərbaycan
Antalyada baş verən fırtınanın Kumlucada fəsadları

"Normaldan çox olan yağış yağdı. Külək də qasırğa yaratdı. Antalyada son zamanlar dəyişən iqlim şərtləri ilə əlaqəli qasırğa yaşayırıq. Əslində çərşənbə günü nazirlik meteoroloji hadisənin olacağı barədə xəbərdarlıq etmişdi. Ən böyük itkimiz iki nəfərin ölməsidir. 11 yaralıdan ikisi hal-hazırda xəstəxanada müalicə alır. Əhaliyə dəyən zərərin müəyyən edilməsi davam edir.

Nazir həmçinin qeyd edib ki, bu gün və sabah yenidən fırtına olacağı gözlənilir: "Artıq olan olub, bundan sonra üçün hazır olmaq lazımdır. Mal itkisi ola bilər. Ancaq vətəndaşlarımız can itkisinin olmaması üçün bütün tədbirləri görməlidir. Açıq yerlərdə durmamalı, nəqliyyatla səyahət etməməli, qapalı yerlərdə olmalı, özünü, ailəsini, canını, malını qorumaq üçün tədbirlərə görməlidir" – deyə nazir bildirib.

Xəbər lenti
0