Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında keçirilən brifinqində

Paşinyan Rusiyanın xoşuna gəlməyəcək bəyanat verdi

101
(Yenilənib 16:48 25.01.2019)
“Bu düzgün olmayan qərar olsa da, həmin səhvin düzəldilməsi üçün bu addımın tamamilə əksini atmaq lazım deyil”

BAKI, 25 yanvar — Sputnik. Ermənistanın xarici siyasətində kəskin dəyişikliklər xeyirli heç nə verə bilməz. Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün Moskvada Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında keçirilən brifinqində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Ermənistan baş naziri vurğulayıb ki, deputat olduğu vaxt özü Ermənistanın Avrasiya İttifaqına qoşulmasının əleyhinə səs verib, daha sonra isə ölkənin bu qurumdan çıxmasına dair dinləmələr keçirib: "Lakin düşünürəm ki, əgər bu düzgün olmayan qərar olsa da, həmin səhvin düzəldilməsi üçün bu addımın tamamilə əksini atmaq lazım deyil. Mümkün olan hər şeyi etmək lazımdır ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü effektiv, faydalı və perspektivli olsun".

101