Helsinki şəhəri

Dünyanın ən yaxşı ölkəsi açıqlandı

108
(Yenilənib 20:14 24.01.2019)
Bu zaman müxtəlif beynəlxalq təşkilatlardan alınmış 30-dan çox parametr nəzərə alınıb

BAKI, 25 yanvar — Sputnik. Finlandiya dünyanın "yaxşı ölkələri" reytinqində ilk yerdə qərarlaşıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, siyahıya 153 ölkə daxil edilib. Tərtibatçılar onları yığdıqları ümumi bala görə yerləşdiriblər. Balın verilməsi zamanı müxtəlif beynəlxalq təşkilatlardan, o cümlədən BMT və BVF-dən alınmış 30-dan çox parametr nəzərə alınıb.

Araşdırmaçıların sözlərinə görə, reytinqin əsas məqsədi planetdə olan hər bir ölkənin bəşəriyyət üçün faydalarının ölçüsünü müəyyən etməkdir. Ekspertlər hər bir ölkəni aydın göstərmək üçün "ölkə bəşəriyyət fayda verirmi, planet üçün yük hesab edilirmi və ya ortadadırmı " kimi balansını müəyyən edib.

Nəticədə Finlandiya ətraf mühitin mühafizəsi, hərəkət azadlığı, mətbuat azadlığı, kibertəhlükəsizlik, eləcə də azad ticarət və digər kateqoriyalar üzrə bərabərlik baxımından əhalinin sərvəti baxımından liderlik qazanıb.

Reytinqin ilk 5-liyinə İrlandiya, İsveç, Almaniya, Danimarka daxil olub.

Reytinqin ilk 10-luğunda İsveçrə, Norveç, Fransa, İspaniya və Kanada da yer alıb.

Rusiya bu reytinqdə 41-ci yerdə, ABŞ-isə 40-cı yerdədir.

108