Venesuelada müxalifətin aksiyası

Fransa Venesuela hadisələri ilə bağlı mövqeyini açıqladı

49
(Yenilənib 19:31 24.01.2019)
Emmanuil Makron Nikolas Maduronun prezidentliyi haqda tvit paylaşıb

BAKI, 25 yanvar — Sputnik. Fransa prezidenti Emmanuel Makron Venesuelada ötən il keçirilən prezidentin seçkilərinin nəticələrini qeyri-leqal adlandırıb. Sputnik Azərbaycan-ın fransa mediasına istinadən xəbərinə görə, Makron Nikolas Maduronun qeyri-qanuni yolla prezident seçildiyini bildirib.

Bu haqda Makron "Twitter" hesabında paylaşım edib: "2018-ci ildə Nikolas Maduronun qeyri-qanuni yolla prezident seçilməsindən sonra Avropa güman etdi ki, bu ölkədə demokratiyanı yarada biləcək. Artıq öz azadlıqlarını tələb edərək küçələrə axın edən yüzlərlə, minlərlə Venesuela vətəndaşına sadəcə olaraq, xoş gəldin, deyirəm".

Xatırladaq ki, bir sıra ölkələr, o cümlədən də Amerika prezidenti özünü müvəqqəti prezident elan edən Xuan Quaydonun hakimiyyətini tanıyıb. Lakin Rusiya, Meksika və Türkiyə Maduroya dəstək nümayiş etdirib.

49