Venesuelada iğtişaşlar

“Venesuelada baş verənlər ABŞ-ın işidir”

83
(Yenilənib 19:54 24.01.2019)
Venesuela ölkə daxili fikir ayrılıqları və problemlərini tez bir zamanda dinc yolla həll edə biləcək

BAKI, 24 yanvar — Sputnik. Rəsmi Tehran Venesuelada baş verənləri Birləşmiş Ştatların bu ölkənin daxili işlərinə qarışmasının nəticəsi kimi dəyərləndirir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.

"İran Venesuelanın daxili işlərinə qarşı istənilən müdaxiləyə, o cümlədən çevriliş cəhdi kimi qeyri-qanuni və konstitusiya əleyhinə olan addımlara qarşıdır və bu ölkənin hökumətini və xalqını dəstəkləyir" - deyə Qasimi bildirib.

İran XİN-in rəsmi nümayəndəsi həmçinin ümid edib ki, Venesuelada ölkə daxili fikir ayrılıqları və problemlərini tez bir zamanda dinc yolla həll edə biləcək.

Xatırladaq ki, ötən gecə Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

83