ABŞ prezidenti Donald Tramp

Tramp indi şeir yazır

69
(Yenilənib 19:08 23.01.2019)
Müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək buna razılıq vermir.

BAKI, 23 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Meksika ilə sərhəddə tikiləcək divarla bağlı şeirli şüar fikirləşib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

"Divar qalxacaq, cinayətkarlıq azalacaq. Bu Respublika partiyasının iki il üçün – divar tikintisi bitməyənə qədər şüarıdır. Hazırda tikinti proseslisidir. Bundan istifadə edin və dua edin", - deyə Tramp "Twitter"-də yazıb.

Xatırladaq ki, 2019-cu ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı üçün büdcəni təsdiqləmir. Müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək buna razılıq vermir.

69