Əklil

Tanınmış aktrisa dünyasını dəyişdi

131
(Yenilənib 18:57 23.01.2019)
Bir müddətdir ki, həkim nəzarətində saxlanılan tanınmış aktrisa Ayşen Qruda dünyasını dəyişdi

BAKI, 23 yanvar — Sputnik. Türkiyənin sevilən aktrisası Ayşən Qruda dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, "Hababam Sinifi" kimi bir sıra film, serial və tamaşalarda rol alan teatr aktrisası Ayşən Qruda 74 yaşında vəfat edib. Bu gün dünyasını dəyişən akrisa il yarımdan artıq idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicə alırdı.

Qeyd edək ki, tanınmış aktrisa mədəaltı vəzin xərçəngindən əziyyət çəkirdi.

131