Qədim Roma kilsəsindən Sürixin görünüşü, arxiv şəkli

Yüksək maaş arzusunda olanların üz tutmalı olduqları şəhərlər

104
(Yenilənib 18:20 22.01.2019)
Yaşamaq və yüksək maaş üçün ən gözəl şəhərlərin adları açıqlanıb

BAKI, 23 yanvar — Sputnik. "Deutsche Bank" maaşların yüksək olduğu şəhərlərin adlarını açıqlayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu siyahıya İsveçrənin Sürix şəhəri rəhbərlik edir. Sonrakı yerdə isə ABŞ-ın San-Fransisko şəhəri qərarlaşıb. Siyahıda üçüncü yerdə isə Nyu-York şəhəri gəlir.

Rəsmi məlumata görə, Sürixdə çalışanların orta aylıq gəliri 5 min 876 dollardır. San-Fransiskoda isə bu rəqəm 4 min 817 dollar, Nyu-Yorkda 4 min 304 dollardır. Növbəti yerlərdə Sidney, Oslo, Sinqapur, Kopenhagen və Tokio qərarlaşıb.

104