Tu-22M3 bombardmançı təyyarəsi

Ağır bombardmançı təyyarə qəzaya uğradı

23
(Yenilənib 17:04 22.01.2019)
Qəza zamanı təyyarədə döyüş komplekti olmayıb

BAKI, 22 yanvar — Sputnik. Rusiyaya məxsus "Tu-22M3" bombardmançı təyyarəsi Murmansk vilayətində sərt eniş edərkən qəzaya uğrayıb.

Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, planlı uçuş zamanı təyyarə qar burulğanı ilə toqquşub, sərt eniş edib və qəzaya düşüb.

Hadisə vaxtı iki ekipaj üzvü ölüb. Daha iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Müdafiə Nazirliyindən vurğulanıb ki, təyyarədə döyüş komplekti olmayıb.

23