Aeroflot-un təyyarəsi

Rusiyada silahlı şəxs təyyarəni qaçırtmağa cəhd etdi

57
(Yenilənib 16:11 22.01.2019)
Təyyarə Xantı-Mansiyskidə enən kimi güc strukturlarının əməkdaşları “terroçunu” həbs ediblər

BAKI, 22 yanvar — Sputnik. Surqutdan Moskvaya uçan "SU1515" reysini həyata keçirən təyyarə Xantı-Mansiyskidə eniş edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Aeroflot" şirkətindən bildirilib.

Məlumata əsasən ştatdankənar enişə səbəb sərnişinlərdən birinin tələbi olub.

Qırıcı təyyarələr
© AP Photo / Juan Carlos Hernandez

"Ştatdankənar enişə səbəb olan sərnişinin adı Paveldir. Onun 41 yaşı var" - deyə mənbə agentliyə bildirib. Onun sözlərinə görə, təyyarə Surqutdan havaya qalxarkən o 14A yerində əyləşib.

Həmin şəxs marşrutu dəyişməyi tələb edib. Lakin ekipaj üzvləri onu əlavə yanacaq üçün Xantı-Mansiyskdə enməli olduqlarına inandıra bilib.

Öz növbəsində "REN TV" məlumat yayıb ki, sərnişin silahlıdır və o təyyarənin marşrutunun dəyişdirilərək Əfqanıstana uçmasını istəyir. Telekanalın məlumatına görə təyyarənin göyərtəsində 69 sərnişin, və 7 ekipaj üzvü var.

Təyyarə Xantı-Mansiyskidə enən kimi güc strukturlarının əməkdaşları “terroçunu” həbs ediblər. Şahidlər bildirir ki, o, hava limanı binasına aparılıb.

Hazırda sərnişinlər yoxlanılır. Təyyarəyə baxış keçiriləndən sonra Moskvaya yola salınacaq.

57